Xəzər Xəbər

AZAL daha 5 təyyarə alır - saziş imzalandı - FOTO

İqtisadiyyat | 16:29 • 12 Noyabr 2017
AZAL daha 5 təyyarə alır -

Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) QSC və "Boeing” Korporasiyası beş "B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib.

"Azərbaycan HavaYolları"” QSC-nin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister)imzalayıblar.

Saziş ən böyük beynəlxalq aerokosmik sərgi "Dubai Airshow 2017” çərçivəsində imzalanıb. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.

"Əlavə "787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olan "Boeing” Korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq”, -deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.

"Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister bildirib ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndirirlər: "Yeni "787 Dreamliner” təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur və bu, yeni marşrutlar açmağa kömək edəcək və onların qarşıdakı uzun illər ərzində uzunmüddətli uğurunu təmin edəcək".

AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkət "Boeing" Korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir "Boeing-737 MAX”təyyarələri əlavə olunacaq.

"Azərbaycan Hava Yolları" həmçinin "Airbus 340”, "Airbus 320”, "Airbus 319” və "Embraer 190” təyyarələrini uğurla istismar etməyə davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti