CIF bazisi üzrə
İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin
qiyməti noyabrın 9-da 65,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə
gününə olan göstəricidən 0,16 dollar/barel çoxdur.
XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB
bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin
qiyməti noyabrın 9-da 65,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki
qiymətdən 0,16 dollar/barel çoxdur.
Novorossiysk limanından
yüklənən URALS neftinin qiyməti noyabrın 9-da 62,33 dollar/barel təşkil
edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.
Şimal
dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə
noyabrın 9-da 64,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43
dollar/barel azdır.