Xəzər Xəbər

Əhalinin banklarda nə qədər pulu var?

İqtisadiyyat | 17:47 • 13 Oktyabr 2017
Əhalinin banklarda nə qədər pulu var?

2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.

Xəbər lenti