Xəzər Xəbər

Gələn il qeyri-OPEC ölkələrinin neft təklifi artacaq

İqtisadiyyat | 11:05 • 13 Oktyabr 2017
Gələn il qeyri-OPEC ölkələrinin neft təklifi artacaq

Qlobal neft təklifi sentyabrda əvvəlki ayla müqayisədə gündəlik 90 min barrel artaraq 97 milyon 500 min barrel olub.

Xezerxeber.az məlumat verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Hesabat görə, ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə sutkada 80 min barrel artaraq 57 milyon 910 min barrel təşkil edib.

IEA-nın proqnozuna görə, 2018-ci ildə qeyri-OPEC ölkələrinin neft təklifi bu illə müqayisədə gündəlik orta hesabla 1 milyon 500 min barrel artaraq 59 milyon 600 min barrelə çatacaq.

Gələn il qlobal neft tələbatı isə gündəlik orta hesabla 1 milyon 400 min barrel artaraq 99 milyon 100 min barrel təşkil edəcək. İllik tələbata görə 34 milyon 600 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada qərarlaşacaq. Digər sıralarda isə 31 milyon 700 min barrelə Amerika qitəsi və 15 milyon barrellə Avropa olacaq.

Xəbər lenti