Xəzər Xəbər

Sentyabrda OPEC üzrə neft hasilatı artıb

İqtisadiyyat | 17:28 • 11 Oktyabr 2017
Sentyabrda OPEC üzrə neft hasilatı artıb

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatı sentyabrda artıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı sentyabrda gündəlik 88 min barrel artaraq 32 milyon 750 min barrelə çatıb. OPEC-in dünya neft hasılatındakı payı isə 34 faiz təşkil edib.

Keçən ay OPEC üzrə xam neft istehsalı ən çox Venesuelada azalıb, Nigeriya, Liviya, Qabon və İraqda isə artıb. Nigeriyada gündəlik neft istehsalı sentyabrda əvvəlki aya görə 50,8 min barrel artıb. Ötən ay İraqda gündəlik neft hasilatı 31 min barrel, Liviyada 53 min barrel, Qabonda isə 14 min barrel artıb. İqtisadi və siyasi sahədə çətin bir dövrdən keçən Venesuelada isə gündəlik neft istehsalı təxminən 51,9 min barrel azalaraq 1 milyon 840 min barrelə geriləyib.

Sentyabrda dünya üzrə fəaliyyətdə olan neft quyularının sayı 2 min 160 olub. Bu quyulardan 553-ü OPEC-ə üzv olan ölkələrdədir.

Xəbər lenti