Xəzər Xəbər

OPEC+ sazişinin müddəti uzadılacaq - Nikolas Maduro

İqtisadiyyat | 15:09 • 13 Sentyabr 2017
OPEC+ sazişinin müddəti uzadılacaq -

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən və gələn ilin mart ayının sonunda başa çatacaq neft hasilatının azaldılması üzrə sazişin müddəti uzadılacaq.


AZƏRTAC "reuters.com”a istinadla xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib. O, İran Prezidenti Həsən Ruhani ilə bu məsələni müzakirə etdiyini və OPEC+ sazişinin müddətinin uzadılması ehtimalının böyük olduğunu deyib.


Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti