Xəzər Xəbər

Mərkəzi Bank: Xaqani Abdullayev öz istəyi ilə vəzifəsini tərk edib

İqtisadiyyat | 11:26 • 12 Sentyabr 2017
Mərkəzi Bank: Xaqani Abdullayev öz istəyi ilə vəzifəsini tərk edib

Xaqani Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü vəzifəsini tərk edib.

Bu barədə Trend-ə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, o öz istəyi ilə postundan gedib.

Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprelində bu vəzifədə çalışırdı.

Hazırda AMB-nin İdarə Heyətinin tərkibi 4 nəfərdən ibarətdir: sədr Elman Rüstəmov, birinci müavin Alim Quliyev, müavinlər Vadim Xubanov və Aftandil Babayev.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Prezidentinin sərəncamı ilə təyin olunur.

Xəbər lenti