Xəzər Xəbər

İpoteka kreditləri yubadılsa mənzillər satışa çıxarılacaq Banklardan yeni təklif

İqtisadiyyat | 14:37 • 11 Sentyabr 2017
İpoteka kreditləri yubadılsa mənzillər satışa çıxarılacaq

"Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb”.

XəzərXəbər xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, həmin təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq:

"Eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakını satışına razılıq verməsi də təklif edilir. Assosasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırlandığını müəyyənləşdirmək çətindir. Amma başqa dövlətlərdə məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir.

Ekspertin fikrincə bu dəyişikliklərin qəbul edilməsi ipoteka krediti götürüb mənzil alanların ödənişi yubatdığı halda illər ilə ödəniş etdiyin evin qısa zamanda satılmasına səbəb ola bilər. Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var. Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən zaman təklif etməyə çalışmalıdırlar.Yeni təkliflər qüvvəyə minəcəyi təqdirdə isə bank oipotekanın aqibəti ilə bağlı sərbəst qərar vermək hüququ qazanacaq.

Vüqar Bayramov qeyd edib ki, eyni zamanda, əmlakın taleyi məhkəmə qətnaməsindən sonra icra qərarlarına uyğun həll edilə bilər:

"Təkliflər isə, bu halda bank tərəfindən mənzilin hərraca çıxarlmasına imkanın verilməsini nəzərdə tutur. Digər tərəfdən, bu hal ipotekaya müraciət edənlərin sayının azalmaslna səbəb ola bilər. Çünki yeni təkliflər birbaşa bankları üstün mövqeyə çıxarır ki, bu da ipoteka kreditlərinə marağı azalda bilər”.

Xəbər lenti