Xəzər Xəbər

"Bakı-Tbilisi-Qars"ın açılış tarixi bilindi

İqtisadiyyat | 14:23 • 11 Sentyabr 2017
"Bakı-Tbilisi-Qars"ın açılış tarixi bilindi

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu xəttinin rəsmi açılış mərasimi oktyabrın sonlarında keçiriləcək. Onun sözlərinə görə, açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.

Xəbər lenti