Hazırda yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlikdir.
XəzərXəbər xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş
direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, hazırda bazarda aktivliyin azalması evlərin
qiymətinə təsir edib: "Ümumən, daşınmaz əmlak bazarında iyun ayı ərzində
0.6 faiz azalma müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında 7
faiz, ilkin mənzil bazarında qiymətlərdə 1 faiz azalma olub, torpaq
bazarında isə qiymətlər demək olar ki, stabil qalıb”.
Ekspert bildirib ki, daşınmaz əmlak bazarında alıcıların böyük
əksəriyyəti mənzil almaq və ya satmaq üçün payız aylarını gözləyirlər:
"Adətən bazarda aktivlik avqustun sonu, sentyabrın əvvəlində başlayır.
Bazarda aktivliyin artması təbii ki, qiymət artımına da səbəb olacaq”.