"MİDA” MMC ilə əməkdaşlığa başlayan növbəti kredit təşkilatı "Bank BTB” olub.
Bu barədə
XəzərXəbər-ə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.
Ölkə başçısının 16.11.2016-cı il tarixli müvafiq fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, Azərbaycan Respublikasının Prezidenti
yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan
mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan
güzəştlərdən biri "Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına
güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər
"Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil
olan və Agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA” MMC ilə
əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.
Vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə MİDA tərəfindən
"Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə
əsasən, "MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb
olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı "Bank BTB” olub.
31.07.2017-ci il tarixində "MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini
imzalamış "Bank BTB” 10 filialı, 7 şöbəsi və baş ofisinin nəzdində
fəaliyyət göstərən Müştəri Xidməti ilə təmsil olunur.