Xəzər Xəbər

Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb - FOTO

İdman | 13:27 • 29 Oktyabr 2020
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb -

Ermənistan raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb.


Milli Olimpiya Komitəsindən verilən məlumata görə, Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülkü obyektlərlə yanaşı Bərdə Olimpiya İdman Kompleksinə də dəyən ziyan nəticəsində, kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxlb.


Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun verdiyi məlumata görə, xoşbəxtlikdən iişçilər arasında zərərçəkən yoxdur. Ancaq, ilkin hesablamalara əsasən kompleksə yüzminlərlə manat dəyərində ziyan dəyib.


Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standarlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Xəbər lenti