Xəzər Xəbər

"Barselona"nın prezidenti sabah istefa verə bilər

İdman | 16:48 • 26 Oktyabr 2020
"Barselona"nın prezidenti sabah istefa verə bilər

İspaniya "Barselona"sının rəhbərliyi istefa verməyə yaxındır.


"Sport.es" nəşri xəbər verir ki, sabah klubun prezidenti Jozep Bartomeu və direktorlar şurasının üzvləri öz vəzifələrindən ayrıla bilərlər.


Bu, səlahiyyətli şəxslərin 1-2 noyabr tarixlərinə təyin olunan klub rəhbərliyinə etimadsızlıq səsverməsini təxirə salmaqdan imtinası halında baş verəcək.


Klub hesab edir ki, bölgədə koronavirusa yoluxma hallarında artım olduğu üçün təklif olunan referendum tarixləri seçicilərin sağlamlığını təhlükə altına alır./report

Xəbər lenti