Xəzər Xəbər

Morata "Yuventus"da RƏSMİ

İdman | 15:28 • 23 Sentyabr 2020
Morata "Yuventus"da

"Yuventus" "Atletiko"nun hücumçusu Alvaro Moratanı satın alma şərti ilə icarəyə götürüb. 


 


XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, Turin təmsilçisi bu keçid üçün 10 milyon avro təzminat ödəyib. Oyunçu ilə 1+1 illik icarə sözləşməsi imzalanıb. "Qoca sinyora" ispaniyalı futbolçunu 45 milyon avroya transfer etmək hüququna sahibdir.


 


27 yaşlı hücumçu 2014-2016-cı illərdə "Yuve"də çıxış edib. O, A Seriyasında keçirdiyi 63 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə etmişdi.

Xəbər lenti