Xəzər Xəbər

“Fənərbaxça”dan daha bir transfer - RƏSMİ

İdman | 15:46 • 20 Sentyabr 2020
“Fənərbaxça”dan daha bir transfer - RƏSMİ

"Fənərbaxğa” heyətinə yeni futbolçu cəlb edib.


XəzərXəbər klubu saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Antalyaspor”dan Nazim Sanqarinin ilə razılıq əldə edib. 26 yaşlı müdafiəçinin qısa zamanda tibbi müayinədən keçməsindən  sonra müqavilə imzalanacağı bildirilib.




"Fənərbaxğa” bu keçidə görə "Antalyaspor”a 1 milyon 750 min avro ödəyəcək. Super Liqa təmsilçisi hətta öz futbolçularından birini qarşı tərəfə verməlidi.


Qeyd edək ki, 2017-ci ildən "Antalyaspor”da onayan Nazim Sanqari bu komandanın heyətində 81 matça çıxaraq, 3 qol vurub və 5 qolun ötürməsini verib.

Xəbər lenti