Xəzər Xəbər

Türkiyə millisinin qapıçısı "Şeffild Yunayted"ə keçir

İdman | 17:02 • 8 Avqust 2020
Türkiyə millisinin qapıçısı "Şeffild Yunayted"ə keçir

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını İngiltərənin "Şeffild Yunayted" klubunda davam etdirməyə yaxındır.


 "A Spor" xəbər verir ki, tərəflər böyük ölçdüə anlaşıblar. Premyer Liqa təmsilçisi 24 yaşlı qolkiper üçün 22 milyon avro+bonuslar ödəməyi qəbul edib. Növbəti satışdan Trabzon təmsilçisinə 15 faiz pay düşəcək. 


Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 43 oyunda 48 top buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər lenti