Xəzər Xəbər

"Mançester Siti" transferdən doymur

İdman | 13:38 • 5 Avqust 2020
"Mançester Siti" transferdən doymur

"Mançester Siti" bu yay heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır.


"Sky Sports" xəbər verir ki, "Mançester Siti" yay "transfer pəncərəsi"ndə daha 5 futbolçu transfer etmək istəyir. "Şəhərlilər" yeni mövsümün startına - 12 sentyabra kimi heyətini komplektləşdirmək niyyətindədi.


Ötən gün MS Ferran Torresin keçidini açıqlamışdı. Yaxın günlərdə "Bornmut"dan Natan Akenin transfer ediləcəyi gözlənilir. Həmçinin, "mançesterlilər" daha bir mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi, mərkəz hücumçusu və yarımmüdafiəçi axtarışındadı. Siyahıda Juan Feliks və Kalidu Kulibali kimi futbolçuların adları var.


Daha əvvəl "Siti" rəhbərliyinin transferlərə 300 milyon funt büdcə ayırdığına dair xəbərlər yayılmışdı.

Xəbər lenti