Xəzər Xəbər

Avrokubok matçları bir dəqiqəlik sükutla başlayacaq

İdman | 13:55 • 4 Avqust 2020
Avrokubok matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.


XəzərXəbər "Qafqazinfo"-ya istinadən xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq.


Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bu ilin əvvəlindən etibarən bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasının qurbanlarının bir dəqiqəlik sükutla yad ediləcəyi diqqətə çatdırılıb.


Qeyd edək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.

Xəbər lenti