Xəzər Xəbər

"Sabah" klubunda yeni təyinatlar

İdman | 09:20 • 13 İyul 2020
"Sabah" klubunda yeni təyinatlar

Bakının "Sabah” futbol klubunda yeni təyinatlar həyata keçirilib.


Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib. Futbolçu karyerası ərzində "Bakı”, "Olimpik”, "Standart”, "Şəfa”, "Neftçi” və "Qəbələ” klublarında çıxış etmiş R.Quliyev, Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabrından "Sabah”da məşqçi kimi çalışırdı.


Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub.


Platov karyerası ərzində "Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və "Aspire "Akademiyası”nda məşqçi kimi çalışıb.

Xəbər lenti