Xəzər Xəbər

“Sivasspor” “Fənərbağça”nı məğlub edib

İdman | 09:00 • 13 İyul 2020
“Sivasspor” “Fənərbağça”nı məğlub edib

İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında "Fənərbağça” "Sivasspor”u qəbul edib.


Xezerxeber.az xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı 9-cu dəqiqədə Sivas təmsilçilərinin hücumçusu Arouna Kone açıb. Görüşün 27-ci dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Dəniz Turuc hesabı bərabərləşdirib. Lakin 44-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Əmrə Qılınc komandasına qələbə qazandıran topun müəllifi olub.


Beləliklə, "Sivasspor” səfərdə "Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.


Qeyd edək ki, iyulun 13-də "Kasımpaşa” – "Rizəspor”, "Kayserispor” – "Qaziantep”, "Konyaspor” – "Başakşəhər”, "Dənizlispor” – "Trabzonspor”, "Yeni Malatyaspor” – "Beşiktaş” komandaları qarşılaşacaq.

Xəbər lenti