Xəzər Xəbər

“Liverpul”un kapitanı üçün mövsüm erkən başa çatıb

İdman | 09:52 • 11 İyul 2020
“Liverpul”un kapitanı üçün mövsüm erkən başa çatıb

İngiltərənin "Liverpul” futbol klubunun kapitanı Cordan Henderson üçün cari mövsüm vaxtından əvvəl başa çatıb.


Xezerxeber.az Britaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, "Brayton”la matçda top uğrunda mübarizə zamanı dizindən zədələnən 30 yaşlı yarımmüdafiəçinin qalan 4 liqa görüşündə iştirak etməyəcəyini deyib.


Alman mütəxəssis ingilis yarımmüdafiəçinin əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.


Qeyd edək ki, C.Henderson cari mövsümdə keçirdiyi 40 matçda 4 qol vurub.

Xəbər lenti