Xəzər Xəbər

“Barselona” səfərdə “Villareal”ı qəbul edib

İdman | 09:04 • 6 İyul 2020
“Barselona” səfərdə “Villareal”ı qəbul edib

İyulun 5-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, çempionluğa iddialı "Barselona” səfərdə "Villareal”ı qəbul edib.


Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Kataloniya təmsilçisinin heyətində Luis Suares, Antuan Qrizman, Ansu Fati və Pou Torres (avtoqol) fərqləniblər. "Villyareal”ın təsəlli qoluna Jerard Moreno imza atıb.


Bu qələbə sayəsində "Barselona” aktivinə 73 xal yazaraq lider "Real Madrid”dən dörd xal qeri qalır. "Villyareal” isə 54 xalla 5-ci yerdə qərarlaşıb.

Xəbər lenti