Xəzər Xəbər

"İnter" "Real"ın futbolçusunu transfer etdi

İdman | 12:41 • 3 İyul 2020
"İnter" "Real"ın futbolçusunu transfer etdi

"İnter" "Real"ın müdafiəçisi Əşrəf Hakimini transfer edib.


 


XəzərXəbər xəbər verir ki, bu barədə Madrid təmsilçisinin saytı məlumat yayıb. Mərakeşli sağ cinah müdafiəçisinin keçidi İtaliya klubuna 40+5 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu "göy-qaralar"la 5 illik müqavilə imzalayıb.


 


Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib. O, ötən mövsüm 45 oyunda 9 qol vurub, 10 assist edib.

Xəbər lenti