Xəzər Xəbər

PSJ İkardi üçün "İnter"ə təklif göndərəcək

İdman | 14:13 • 23 May 2020
PSJ İkardi üçün "İnter"ə təklif göndərəcək

PSJ "İnter"dən icarəyə götürdüyü Mauro İkardini transfer etməyə hazırdır.

Paris təmsilçisi argentinalı hücumçunun keçidi üçün Milan klubuna 50+10 milyon avro təklif göndərəcək.

"İnter" 27 yaşlı hücumçunun təzminat qiymətini 70 milyon avro müəyyənləşdirib.

Hücumçu Fransa çempionatında 20 oyunda 12 qol vurub, 2 assist edib. Onun "İnter"lə müqaviləsi 2022-ci ilin iyunun 30-dək nəzərdə tutulub.

Xəbər lenti