Xəzər Xəbər

"Real"a üç dəfə "yox" demək olmaz" - Mourinyu

İdman | 15:06 • 22 May 2020
"Real"a üç dəfə "yox" demək olmaz" - Mourinyu

"Tottenhem"in baş məşqçisi Joze Mourinyu 2010-cu ildə "Real"a keçidi barədə danışıb.


"Football Italia" xəbər verir ki, portuqaliyalı çalışdırıcı daha əvvəl də "Real"dan təklif aldığını və Madrid klubuna üç dəfə "yox" deməyin mümkünsüz olduğunu bildirib:


"Çempionlar Liqasının finalından əvvəl "Real"la müqavilə imzalamamışdım. Bəziləri deyirdilər ki, "Real"ın təmsilçiləri finaldan öncə bizim otelimizə gəliblər. Amma bu, düzgün deyil.


"Real"a keçmək istəyirdim. Onlar isə hələ bir il öncə mənə müqavilə təklif etmişdilər. Onda Morattinin evinə getdim, bu barədə danışdıq, amma o, məni buraxmadı. "Çelsi"də işləyəndə də bir dəfə "madridlilər"in təklifini qəbul etməmişdim. "Real"a üç dəfə "yox" demək olmaz.


Yavaş-yavaş Morattini qərarıma hazırlaşdırırdım. Çempionlar Liqasının finalından sonra heç nə demədim, meydandakı qucaqlaşmağımız onun hər şeyi başa düşməsi üçün kifayət etdi. Moratti dedi: "Bu qələbədən sonra getmək haqqın var". Şəxsi xoşbəxtlik məsələsi deyildi, sadəcə, istədiyimi etmək doğru addım olardı. Düzü, Milanda Madriddən daha çox xoşbəxt idim".


Fanat.Az

Xəbər lenti