Xəzər Xəbər

Noyerlə yola davam "Bavariya"da yeni müqavilə

İdman | 15:18 • 21 May 2020
Noyerlə yola davam

"Bavariya" Manuel Noyerin müqaviləsini uzadıb.


"Bavariya"nın saytı xəbər verir ki, Noyerin yeni sözləşməsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.


34 yaşlı qapıçının əvvəlki müqaviləsi 2021-ci ildə bitirdi. Tərəflər uzun müddət idi ki, razılığa gələ bilmirdilər. "Bavariya"nın 12 milyon avro maaş və 2 illik müqavilə təklif etdiyi, Noyerin isə 20 milyon avrodan artıq məvacib və 3-4 illik sözləşmə istədiyinə dair xəbərlər yayılmışdı.


Alman qolkiper 2011-ci ildə "Şalke"dən transfer edilib. Noyer Münhen klubunun heyətində 7 dəfə Bundesliqanın, 5 dəfə Almaniya Kubokunun, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.


Fanat.Az

Xəbər lenti