Xəzər Xəbər

Türkiyə Superliqasının taleyinə bu tarixdə aydınlıq gələcək

İdman | 14:52 • 21 May 2020
Türkiyə Superliqasının taleyinə bu tarixdə aydınlıq gələcək

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir Superliqa ilə bağlı yekun qərarın nə vaxt veriləcəyini açıqlayıb.


"Hurriyet Daily" nəşri xəbər verir ki, çempionatın taleyinə mayın 28-də aydınlıq gələcək.


Ötən gün federasiya və ölkənin Futbol Klubları İttifaqı arasında mövsümün gələcəyi ilə bağlı iclas keçirilib. Nihat Özdemir bu barədə açıqlama verib:


"7 klub 2019-20 mövsümünün sonunda komandaların Superliqanı tərk etməsinə qarşıdı. Onlar növbəti mövsüm çempionatda 21 klubun iştirak etməsinin tərəfdarıdılar. Yaxın günlərdə bu məsələni nəzərdən keçidikdən sonra qərar qəbul edəcəyik".


Daha əvvəl Özdemir Superliqanın bərpasının 12 iyuna planlaşdırıldığını açıqlamışdı.


Fanat.Az

Xəbər lenti