Xəzər Xəbər

Futbol hakimlərimiz testdən keçdi

İdman | 09:25 • 19 May 2020
Futbol hakimlərimiz testdən keçdi

AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus testindən keçirilib.

XəzərXəbər xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb

Testin nəticələri ilə bağlı hələlik məlumat verilməyib.

Bildirək ki, AFFA ötən həftə PFL və klub rəsmiləri ilə keçirdiyi videokonfrans formatında iclasından sonra koronavirus testindən keçmək üçün də maliyyə vəsaiti ayırmışdı. Pul yalnız məşqçi və futbolçular üçün nəzərdə tutulub. Elitada çıxış edən 8 klubdan 7-si artıq testdən keçib. Hələlik yalnız "Qəbələ" gözləmə mövqeyindədir. bununla bağlı federasiya çempionatın hər bir iştirakçısına 5000 manat ödəyib.

Xəbər lenti