Xəzər Xəbər

REKORD: Maykl Cordanın idman ayaqqabıları 560 min dollara satıldı

İdman | 15:51 • 18 May 2020
REKORD:

Maykl Cordanın idman ayaqqabıları "Sotheby’s" auksionunda 560 min dollara satılıb.


"The Action Network" xəbər verir ki, bu rəqəm "Sotheby’s" hərracına çıxarılmış idman ayaqqabıları üçün rekorddu. Cordan NBA-dakı debüt mövsümündə haqqında bəhs olunan snikerdən istifadə etmişdi.


Əfsanəvi basketbolçu 1984-cü il NBA draftında "Çikaqo" tərəfindən üçüncü sıradan seçilib. O, İllinoys təmsilçisinə 6 çempionluq qazandırıb. 6 dəfə NBA finalının, 5 dəfə mövsümün "ən dəyərli oyunçu"su (MVP) seçilən, 14 dəfə isə "Ulduzlar oyunu"na dəvət alan Cordan, tarixin ən yaxşı basketbolçusu hesab olunur.


Daha öncə Mayklın beysbol butsları auksionda 93 min dollara satılmışdı.


Fanat.Az

Xəbər lenti