Xəzər Xəbər

Cinayətkarlar İngiltərə yığmasının sabiq futbolçusunun əllərini bağlayıb evini qarət etdilər

İdman | 11:48 • 1 Aprel 2020
Cinayətkarlar İngiltərə yığmasının sabiq futbolçusunun əllərini bağlayıb evini qarət etdilər

İngiltərə yığmasının, həmçinin "Çelsi” və "Arsenal” klublarının keçmiş futbolçusu Eşli Koul cinayətkarların qurbanı olub.

"The Sun” xəbər verir ki, maskalı qarətçilər futbolçunun evinə girərək onun əl-qolunu bağlayıblar.

Bundan sonra cinayətkarlar evdə olan zinət əşyalarını götürərək hadisə yerini tərk ediblər.

E.Koula dəyən zərər açıqlanmır. Futbolçu bu barədə şərh verməkdən imtina edib.

Xəbər lenti