Xəzər Xəbər

“Qarabağ”ın sabiq futbolçusu karantinə alınıb

İdman | 15:37 • 25 Mart 2020
“Qarabağ”ın sabiq futbolçusu karantinə alınıb

Çinin "Çjeçzyan Qrintaun" klubunun formasını geyinən "Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu karantinə alınıb.

Buna səbəb koronavirus pandemiyası üzündən futbolçunun Çindən ölkəsi Cənubi Afrika Respublikasına yollanması olub.

Koronavirus xəstəliyi yayılmağa başladığı zaman vətəninə yollanan 30 yaşlı oyunçu artıq Çinə qayıtdığını və orada karantinə alındığını açıqlayıb: "Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Səfərim problemsiz keçdi, amma bir az qorxdum. Şençjenə səfər zamanı ilk uçuşum ləğv edilmişdi, çünki testdən keçməli idim. Hava limanında bir anketdən keçdim, hamı maskalı idi, insanların çoxu əlcək taxır. Amma Çində bu virusun qarşısını almağın yollarını öyrəniblər. Tezliklə komandamla birgə məşqlərə başlaya biləcəyəm”.

Qeyd edək ki, Dino Ndlovu 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbər lenti