Xəzər Xəbər

Avstraliyada futbol çempionatı yarımçıq saxlanıldı

İdman | 13:46 • 24 Mart 2020
Avstraliyada futbol çempionatı yarımçıq saxlanıldı

Avstraliyanın futbol çempionatı olan A-Liqa koronavirus səbəbindən dayandırılıb.

Bu barədə Avstraliya Futbol Federasiyasının rəhbəri Ceyms Conson Sidneydə keçirdiyi mətbuat konfransında deyib.

Azarkeşsiz keçirilən Avstraliya çempionatının final mərhələlərinin təxirə salınması barədə qərar Federasiyanın İcraiyyə Komitəsi və klublar tərəfindən yekdillikləqəbul edilib. Futbol matçları aprelin 22-dək təxirə salınıb.

Qeyd edək ki, Avstraliyada reqbi və hokkey oyunlarının da keçirilməsi dayandırılıb./oxu.az

Xəbər lenti