Xəzər Xəbər

Neymar "Barselona"ya qayıtmaqda qərarlıdır

İdman | 10:16 • 22 Mart 2020
Neymar "Barselona"ya qayıtmaqda qərarlıdır

PSJ-nin futbolçusu Neymarın "Barselona"ya qayıtmaq istədiyi xəbəri yayılıb.

Bu barədə "AS" nəşri məlumat yayıb.Braziliyalı hücumçunun yenidən Lionel Messi və Luis Suareslə birgə oynamaq istədiyi vurğulanıb. Bildirilib ki, Neymar yaxın vaxtlarda Paris klubunun rəhbərliyindən onun gedişinə icarə verməyi istəyəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun 200 milyon avro qarşılığında müqaviləsini birtərəfli ləğv etmək hüququnun olduğu iddia edilir./publika.az

Xəbər lenti