Xəzər Xəbər

İtaliya millisinin sabiq üzvü MLS klubunda

İdman | 15:07 • 28 Fevral 2020
İtaliya millisinin sabiq üzvü MLS klubunda

İtaliya millisinin sabiq üzvü Cüzeppe Rossi karyerasını ABŞ-da davam etdirəcək.

33 yaşlı hücumçu "Real Solt-Leyk” klubuna keçib. MLS təmsilçisi təcrübəli futbolçu ilə ilin sonuna qədər müqavilə imzalayıb.

İtaliya millisində 29 oyun keçirmiş Rossi"Mançester Yunayted", "Nyukasl", "Parma", "Vilyarreal", "Fiorentina", "Levante" və "Selta" kimi klublarda çıxış edib. Onun son klubu "Cenoa" olub.

Xəbər lenti