Xəzər Xəbər

"Real" 18 yaşlı futbolçunu bu gün təqdim edəcək

İdman | 17:43 • 18 Fevral 2020
"Real" 18 yaşlı futbolçunu bu gün təqdim edəcək

Madrid"Real”ı qışda transfer etdiyiReynier Xesus Karvalyonu bu gün ictimaiyyətə təqdim edəcək.

"Flamenqo”dan transfer olunan braziliyalı gənc yarımmüdafiəçi La Liqa klubu ilə 6 illik müqaviləyə imza atıb.

"Real”18 yaşlı futbolçu üçün 35 milyon avro ödəyib. Gənc futbolçu hələlik "Real”ın əvəzedici komandası hesab olunan "Kastilya”da forma geyinəcək.

Qeyd edək ki, Reynier "Real”ın qışda heyətinə qatdığı yeganə futbolçudur.

Xəbər lenti