Xəzər Xəbər

"Qalatasaray"dan Droqba açıqlaması gəldi - RƏSMİ

İdman | 13:50 • 27 Yanvar 2020
"Qalatasaray"dan Droqba açıqlaması gəldi - RƏSMİ

Bu gün Türkiyənin bir sıra media orqanlarında "Qalatasaray" klubunun keçmiş futbolçusu Didier Droqbanı məşqçi postuna gətirməyi düşündüyü və artıq onunla görüş keçirdiyi barədə yazılar dərc edilib.

XəzərXəbər Offsideplus.az-a istinadən xəbər verir ki, bununla bağlı klubdan rəsmi açıqlama verilib. Belə ki, "sarı-qırmızılılar" belə bir məsələnin gündəmlərində olmadığını bildirib:

"Bəzi media orqanlarında komandamızın rəhbərliyinin Didier Droqbanın məşqçiliyə gətirilməsi barədə onunla görüş keçirməsi barədə əsassız xəbərlər yayılıb. Öncəliklə bildirmək istəyirik ki, bütün kollektivimiz - klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular və azarkeşlərimiz çempionluğa hədəflənib. Belə yalan məlumatlara inanmamağınızı sizdən xahiş edirik".

Qeyd edək ki, Droqba 2013-2014-cü illər mövsümündə "Qalatasaray"da çıxış edib. Əfsanəvi futbolu çıxdığı 37 oyunda 15 dəfə fərqlənib.

Xəbər lenti