"Barselona"nın qış fasiləsində heç bir futbolçusunu satmayacaq.
Klubun prezidenti Xosep Bartomeu bildirib ki, Kataloniya təmsilçisi heç bir təklifi müsbət cavablandırmayacaq: "Yanvar ayında oyunçu satmaq fikrində deyilik. Balanslaşdırılmış heyətimiz var və kiminsə getməyinə imkan verə bilmərik".
Klup prezidenti transfer ediləcək futbolçular barəsində fikir bildirməyib.