Xəzər Xəbər

Ermənistan Futbol Federasiyasının sədri istefa verib

İdman | 19:25 • 21 Noyabr 2019
Ermənistan Futbol Federasiyasının sədri istefa verib

Bu gün Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.


Xezerxeber.az-ın "sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, iclasda AVRO-2020-nin seçmə mərhələsinin son turunda Ermənistan yığmasının İtaliyaya biabırçı məğlubiyyətindən sonra Ermənistan Futbol Federasiyasının sədri Artur Vanetsyanın istefa məsələsi müzakirə edilib.


İclasda A. Vanetsyanın istefası qəbul edilib.


Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin son turunda İtaliya öz meydanında Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəlib.


Xatırladaq ki, A. Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktorudur.

Xəbər lenti