İngiltərənin "Tottenhem” klubunun yeni baş məşqçisi təyin olunan Joze Mourinyonun qazancı müəyyənləşib.
Portuqaliyalı mütəxəssis London təmsilçisində ilə 15 milyon funt sterlinq qazanacaq.
J.Mourinyo 2022/23 mövsümünün sonunadək müqavilə imzalayıb. O, bu postda əvəzlədiyi Maurisio Poçettinodan iki dəfə çox qazanacaq.