Xəzər Xəbər

“Fənərbaxça” – “Kasımpaşa” matçında GƏRGİNLİK: baş məşqçi futbolçusunu qovdu və...

İdman | 12:26 • 9 Noyabr 2019
“Fənərbaxça” – “Kasımpaşa” matçında GƏRGİNLİK:

Türkiyə Superliqası çərçivəsində keçirilən "Fənərbaxça” – "Kasımpaşa” oyununda insident yaşanıb.

Qırmızı kart alan "Kasımpaşa”nın oyunçusu Kərim Hafiz ilə baş məşqçi Kamal Özdeş arasında mübahisə olub.

Baş məşqçi cəza alandan sonra yaşıl meydanı tərk etməyən futbolçunu itələyərək soyunma otağına göndərib.

"Fənərbaxça”nın penaltidən vurduğu qolsan sonra baş hakim Ali Palabıyıka alqışla reaksiya verən Hafiz sarı kartla cəzalandırılıb. Bundan sonra da hakimi alqışlamağa davam edən futbolçu daha bir sarı kart alaraq meydandan qovulub.

Qeyd edək ki, matç 3:2 hesabı ilə başa çatıb.

Xəbər lenti