Xəzər Xəbər

“Ayaks”ın baş məşqçisindən sərt sözlər: “VAR bunu necə görmür ki?”

İdman | 14:56 • 6 Noyabr 2019
“Ayaks”ın baş məşqçisindən sərt sözlər:

"Ayaks”ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə "Çelsi” ilə 4:4 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

41 yaşlı niderlandlı mütəxəssis matçın baş hakimi Canluka Rokkinin idarəçiliyindən narazı qaldığını dilə gətirib:

"İnanılmaz dərəcədə məyusuq. Çox əsəbləşdik. Bu, qəbuledilməz vəziyyətdir. "Çelsi” ilə iki oyunumuzda hakimlər şübhəli qərarlar verdi. Belə vəziyyətdə bir xal almaq normaldır”.

Ten Haq Deyli Blindlə Yoel Veltmana göstərilən qırmızı vərəqələrin yanlış olduğunu deyib:

"Məncə, qayda pozuntusu Blində qarşı oldu. VAR bunu necə müəyyənləşdirə bilmir? Bunu görməmələri axmaqlıqdır. Fikrimcə, Veltman da qırmızı vərəqə almağa layiq deyildi. Bunun penalti olub-olmadığını bilmirəm, amma Veltmana qırmızı vərəqə göstərmək lazım deyildi. Bütün yaşananlara baxmayaraq, möhtəşəm oynadıq, ancaq oyun utancverici hala gətirildi. Yenə də futbolçularımızla qürur duyuruq”.

Qarşılaşmada "Ayaks”ın futbolçuları – Yoel Veltmanla Deyli Blind 69-cu dəqiqədə qırmızı vərəqə alıb. Amsterdam klubunun qapısına matçda iki penalti təyin edilib.

Xəbər lenti