Xəzər Xəbər

"Real"dan "Qalatasaray"a şad xəbər: 7 ulduz oynamayacaq

İdman | 14:10 • 6 Noyabr 2019
"Real"dan "Qalatasaray"a şad xəbər:

"Real" bu gün Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qalatasaray"ı qəbul edəcək.


Madrid klubu meydana itkilərlə çıxacaq. Belə ki, "Real"ın heyətində 7 əskik var. Baş məşqçi Zinəddin Zidan zədəsi olan Marko Asensio, Naço Fernandes, Qareb Beyl və Xames Rodrigeslə yanaşı, Viniçius Junior, Odriozola və Mariano Diazın adını heyətə salmayıb.


Fanat.Az

Xəbər lenti