Xəzər Xəbər

İnfarkt keçirən Kasilyas məşqlərə start verib

İdman | 15:26 • 5 Noyabr 2019
İnfarkt keçirən Kasilyas məşqlərə start verib

Cari ilin mayında infarkt keçirən Portuqaliyanın "Portu” futbol klubunun qapıçısı İker Kasilyas yaşıl meydanda məşqlərə start verib.


Xezerxeber.az xəbər verir ki, 38 yaşlı ispaniyalı qolkiper 20-25 dəqiqə fərdi qaydada məşq edib.


Qeyd edək ki, 2015-ci ilin yay transfer pəncərəsində "Real Madrid” klubundan "Portu”ya transfer olunan Kasilyas Portuqaliya klubunda 156 oyun keçirib. Onun klubu ilə birillik müqaviləsi var.

Xəbər lenti