Xəzər Xəbər

PSJ 6 futbolçusundan canını qurtarmaq istəyir - SON DURUM

İdman | 16:21 • 2 Noyabr 2019
PSJ 6 futbolçusundan canını qurtarmaq istəyir - SON DURUM

PSJ bu qış bir neçə futbolçusunu satmaq niyyətindədi.

"Calcio Mercato” xəbər verir ki, Paris klubu ciddi dəyişikliklərə hazırlaşır.

Fransa nəhəngi Edison Kavani, Yulian Draksler, Tom Menye, Erik Çupo - Motinq və Leven Kurzava ilə yola davam etməməkdə qərarlıdı. Bu oyunçular ya başqa klublara havayı göndəriləcək, ya da az pul qarşılığında satılacaq.

Qeyd edək ki, Kavani bir neçə Avropa klubu ilə yanaşı Braziliyadan və MLS-dən də təklif alıb.

Fanat.Az

Xəbər lenti