Xəzər Xəbər

Məhəmmədrəsul Məcidovin ikinci görüşdəki rəqibi dəqiqləşib

İdman | 13:36 • 18 Oktyabr 2019
Məhəmmədrəsul Məcidovin ikinci görüşdəki rəqibi dəqiqləşib

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidovun növbəti döyüşünün vaxtı və rəqibi bəlli olub.


Xezerxeber.az-ın məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşünü noyabrın 30-da keçirəcək.


İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçu bu dəfə Tom Littli sınağa çəkəcək. 32 yaşlı böyük britanıyalı ilə superağır çəkidəki döyüş Monakoda baş tutacaq.


Peşəkar boksa 2011-ci ildən başlayan T. Littl indiyədək 17 döyüş keçirib. 3-ü nokautla olmaqla, 10 qələbə qazanan böyük britaniyalı 7 dəfə məğlub olub. Bunların 4-də isə nokauta düşüb. Ümumiyyətlə, iki ildir qələbə qazanmayan boksçu son 3 döyüşündə erkən məğlubiyyətlə üzləşib.

Xəbər lenti