Ötən mövsüm Çindən fantastik təklif alsa da, "Real"da qalan Serxio Ramosun agenti və qardaşı Rene Ramos açıqlama verib.
O, 33 yaşlı müdafiəçinin gələcəkdə Çinə getmək fikrində olmadığını deyib:
"Serxio Çin variantını düşünmür. Hazırda "Real"da xoşbəxtdir".
Ötən mövsüm "kral klubu"nun prezidenti Florentino Peres Çindən sərfəli təklif aldıqlarını, ancaq Ramosu buraxmayacaqlarını bildirmişdi.
İspaniya millisinin üzvünün Madrid təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Ramos bu mövsüm 9 oyuna 1 qol vurub.