Xəzər Xəbər

Mayk Tayson Konor Makqreqora müraciət etdi

İdman | 18:05 • 9 Oktyabr 2019
Mayk Tayson Konor Makqreqora müraciət etdi

Əfsanəvi boksçu Mayk Tayson UFC üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqora müraciət ünvanlayıb.


Xezerxeber.az xəbər verir ki, o, pivəxanada yaşlı kişini döydüyü üçün məhkəmə özünə çıxacaq həmyerlisinə məsləhət verib.


M. Tayson bildirib ki, 6 aya qədər həbs gözləyən amerikalı döyüşçü daha təmkinli olmalıdır: "Konor özündən niyə belə etdiyini soruşmalıdır. Bu cür problemlərin yolunu biz bilmirik. Birdən milyonlarla dollar qazanmağa başlayırıq. Bizim heç vaxt bu qədər pulumuz olmayıb. Ailəmiz belə zənginlik görməyib. Təmkin yox, bu durumda nə etmək anlayışı yox. Hətta düşünməyə başlayırsan ki, bütün bunlara layiq deyilsən”.


Xatırladaq ki, keçmiş UFC çempionu Konor Makqreqor aprelin 6-da Dublində yerləşən pivəxanalardan birində yaşlı bir kişini döyüb. Hadisə irland döyüşçünün pivəxanadakı şəxslər üçün sifariş verdiyi viskini yaşlı kişinin içməyi rədd etməsindən sonra baş verib. Makqreqor bundan əsəbiləşib və kişiyə qəfildən zərbə endirib. Məsələnin daha da böyüməməsi üçün dostları onu pivəxanadan uzaqlaşdırırb. 


Hadisə ilə bağlı istintaq başlayıb. 


Qeyd edək ki, K. Makqreqor həbslə yanaşı, 1500 dollar cərimə də oluna bilər.

Xəbər lenti