İspaniyanın "Espanyol” futbol klubu baş məşqçisi David Qaleqonu istefaya göndərib.
Xezerxeber.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna komandanın La Liqada uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, "Espanyol” ölkə çempionatında 5 xalla 19-cu pillədə qərarlaşıb.