Xəzər Xəbər

Teymur Rəcəbov İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi FOTO

İdman | 10:43 • 8 Oktyabr 2019
Teymur Rəcəbov İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə və Birinci vitse-p rezident Mehriban Əliyevaya təşəkkür ünvanlayıb.

XəzərXəbər xəbər verir ki, qrossmeyster şəxsi instaqram hesabında paylaşdığı təşəkkür mesajında bildirib:

"Xoş sözlərə və məni bu nailiyyətimdən ötrü təbrik etdiyinə görə Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim bu oyunum və qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.

Xəbər lenti