Xəzər Xəbər

"Tottenhem"də şok itki: Llorisin qolu sındı

İdman | 16:00 • 6 Oktyabr 2019
"Tottenhem"də şok itki: Llorisin qolu sındı

"Tottenhem"in qapıçısı Uqo Lloris İngiltərə Premyer Liqasının VIII turunda "Brayton"la səfər oyununda ağır zədə alıb.

Fransalı qapıçı matçın 3-cü dəqiqəsində buraxılan qol zamanı yerə yıxılanda qolu sınıb.

Klub 32 yaşlı qapıçının dərhal yerli xəstəxanaya yerləşdiyini açıqlayıb. Təcrübəli qapıçı növbəti həftə tibbi müayinədən keçəcək. Onun ən azı 2 ay oynamayacağı gözlənilir.

Xəbər lenti